00:00:00
Yazar
Admin User
06.02.2026 17:54 46 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin qiymətində cüzi azalma qeydə alınıb.

“Azeri Light” neftinin bir barelinin qiyməti 0,03 ABŞ dolları və ya 0,04 % azalaraq 69,77 ABŞ dolları təşkil edib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, neftin qiymətinin gündəlik izlənməsinin o qədər də əhəmiyyəti yoxdur:

 

"Yəni Azərbaycan nefti, Azərbaycan neftinin qiyməti də ayrıca müəyyənləşmir və Brent markalı neftə bağlıdır. Brent markalı neftin həftəlik hərəkətliliyi çox yüksəkdir həm düşür, həm də qalxır. Ona görə də, gündəlik bunun Azərbaycan üçün bir əhəmiyyəti yoxdur. Amma aylıq, rüblük, altı aylıq və birillik trendlərə baxmaq lazımdır.

 

Əgər neftin qiymətinin enməsi davamlı şəkildə olarsa, təbii ki, bu, Azərbaycana daxil olan valyutanın həcminə təsir göstərəcək və həcmi azalacaq, ticarət dövriyyəsinin müsbət saldosuna təsir edəcək. Hələ də az da olsa müsbət saldo mövcuddur. Təqribən keçən il 650 000 000 dollarlıq müsbət saldo qeydə alınıb.

 

Ona görə də, düşünürəm ki, bu prosesin uzunmüddətli izlənməsi daha məqsədəuyğundur. Birinci rübün sonunda, məsələn, martın sonunda rüblük orta qiymət çıxarılanda Azərbaycanın nə itirdiyini, nə qazandığını daha aydın şəkildə görmək mümkün olacaq".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər