00:00:00
Yazar
Admin User
19.11.2025 11:58 124 2 dəq oxuma
İqtisadiyyat

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

Dünya bazarlarında ticarət əməliyyatlarının gedişində Azərbaycan neftinin qiyməti ucuzlaşıb. "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin dəyəri 0.01 dollar azalaraq 67.93 ABŞ dollarına bərabər olub. Cari ilin dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.

 

Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov "İnformator.az"a açıqlamasında bildirib ki, neftin qiymətinin ucuzlaşması neft fonduna yığılan gəlirləri azaldır, artması isə neft fonduna yığılan gəlirləri artırır:


"Bu büdcəyə də təsir edir. Regional ölkələr arasında vəziyyət belədir ki, bəzi ölkələrdə neftin hasilat qiyməti digərlərindən daha ucuzdur. Bu səbəbdən də neftin qiymətinin ucuzlaşmasına həmin ölkələr daha uzun müddət dözə bilirlər. Əksinə, hasilat qiyməti yüksək olan ölkələr bu vəziyyətdə uzun müddət dayana bilmirlər. Bu fərq ölkələr arasında ciddi rəqabət və iqtisadi gərginlik yaradır. Neft gəlirləri azaldıqca, həmin ölkələr daha az investisiya cəlb edir və neft sektoruna, həmçinin əlaqəli sahələrə investisiya qoymaq imkanları məhdudlaşır. Nəticədə bu həmin ölkələrin ümumi iqtisadiyyatına da mənfi təsir göstərir. Hasilat dəyəri yüksək olan ölkələr isə bu rəqabətdə uduzurlar və bazardan sıxışdırılıb çıxarılırlar. Neft gəlirləri azaldıqda bir çox layihələrə dərhal təsir edir. Elə layihələr varki, onların büdcəsi bir neçə illikdir, onlar ləngiyə bilir. Azərbaycanda da belə praktikalar çox olub. Azərbaycanda neft qiyməti ucuzlaşanda büdcə də azaldılıb və bir neçə layihəni də gələn ilə qoyub və ya ləğv ediblər".


Günel Əlili

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər