00:00:00
Yazar
Admin User
05.11.2025 16:30 103 2 dəq oxuma
İqtisadiyyat

Azərbaycan neftində son vəziyyət

Azərbaycan neftində son vəziyyət

 

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,61 ABŞ dolları və ya 0,92 % azalaraq 65,82 ABŞ dolları olub.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda hasil olunur və bu layihədə SOCAR-ın payı 31,65 %-dir.


Mövzu ilə bağlı iqtisadçı Günay Hüseynova "İnformator.az"a açıqlamasında bildirib ki,neftin qiymətinin 66 dollardan aşağı düşməsi kəskin eniş deyil və uzun müddətli də görsənmir:

 

" 'Azeri Light'  markalı neft qiymətlərinin enməsi hal hazırda qısa müddətli xarakter daşıyır. Neft qiymətinin 0,92 % azalması ölkə iqtisadiyyatı üçün hər hansısa bir iqtisadi,qlobal təsiri yoxdur. Onu da nəzərə almaq lazımdır ki,dövlət büdcəsinin layihəsi hazırlanarkən, həmçinin də gələn il üçün proqnoz verilərkən qiymətlərin aşağı və yuxarı həddi nəzərə alınır. Bunun üçün vətəndaşların sosial iqtisadi şəraiti, bununla belə qeyri neft sektoruna yönələn büdcə ayırmaları ilə bağlı hər hansı bir problem yoxdur.
Neftin qiymətinin 66 dollardan aşağı düşməsinə qaldıqda isə bu kəskin eniş deyil və uzun müddətli də görsənmir.Əgər qlobal iqtisadiyyatda hərhansısa bir iqtisadi çətinlik və ya geosiyasi balansın pozulmasından qaynaqlı geoiqtisadi real təhlükə yaranarsa o zaman büdcəyə təsir həmçinin milli valyutanın dayanıqlığının qorunmaması ilə bağlı fikir səsləndirmək olar.
Neft qiymətlərinin enməsinin real təhlükə olmamasına digər səbəb böyük iqtisadiyyata malik bir sıra ölkələr arasında ki,iqtisadi sanksiya mühiti Azərbaycan bazarı üçün ticari tərəfdaşdır.Həmçinin regionda təhlükəsiz enerji daşınması ilə də bağlı Azərbaycan beynəlxalq arenada nüfuz sahibidir .Bunun üçün də heç bir narahatlığa əsas yoxdur".


Eslanda Kulieva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər