00:00:00
Yazar
Admin User
24.10.2025 05:42 138 2 dəq oxuma
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 66 dollara enib

Azərbaycan neftinin qiyməti 66 dollara enib

“Azeri Light” markalı neftin 1 barelinin qiyməti 2,89 dollar (4,17 %) azalaraq 66,36 dollara düşüb. Ceyhan limanında isə bu göstərici 64,73 dollar təşkil edib. Büdcədə neftin orta qiyməti 70 dollar nəzərdə tutulub. “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci ilin aprelində 15,81, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olub.

 

Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov “İnformator.az”a açıqlamasında qeyd edib ki, neft qiymətinin azalmasına bir neçə amil təsir göstərib:

 

“Hazırda bazarda müəyyən qeyri-müəyyənliklər olduğuna görə ümumi istehsal, nəqliyyat və digər sahələrə təsir var. Qlobal tələbin azalması və zəifləməsi də bu prosesin fonunda müşahidə olunur. Amma digər bir səbəb də var — hazırda keyfiyyət və imic məsələləri. Neftin tərkibinə müəyyən qatışıqların olması ilə bağlı müzakirələr aparılır. Lakin "Azeri Light" markalı neft əvvəlki keyfiyyətini qoruyub saxlayır. Buna baxmayaraq, bu cür sualların və müzakirələrin fonunda imicin, reputasiyanın zəifləməsi təbii ki, qiymətə təsir edir. Azərbaycanın ixracının və iqtisadiyyatının böyük hissəsi neftdən ibarətdir, buna görə də neftin qiymətinin düşməsi müəyyən itkilərə səbəb olur. Büdcəyə təsiri isə nisbətən azdır. Bildiyiniz kimi, büdcədə neftin qiyməti 70 dollar götürülüb. Neftin qiymətinin azalması büdcə gəlirlərinə minimal təsir göstərir. Bunun əsas səbəbi neft sektorundan daxil olan vergilərin müəyyən qədər bu itkini kompensasiya etməsidir”.

 

İqtisadçının sözlərinə görə, Azərbaycan iqtisadiyyatına əsas gəlir məhz neftdən daxil olur:

 

“Neftin qiymətinin azalması mənfi təsir göstərir. Əsas məsələ bundan ibarətdir. Bu sual həmişə təkrarlanır. Neftin qiymətinin artımı da, azalması da müəyyən tendensiyaları formalaşdırır? Ola bilsin ki, yaxın dövrdə neft üzrə inventar ehtiyatlarının yığılması baş versin və təklif artsın. Bu da qiymətin bir qədər aşağı düşməsinə səbəb ola bilər. Hazırda aşağıya doğru trend müşahidə olunur. Eyni zamanda, qlobal ticarət tariflərinin artması və iqtisadi geriləmələr tələbi azalda bilər. ABŞ-nin keçmiş prezidenti Donald Trampın tətbiq etdiyi tariflərə qarşı digər ölkələrin cavab tədbirləri dünya iqtisadiyyatına və qlobal ticarət azadlığına mənfi təsir göstərir. Bu da ümumilikdə neft bazarını aşağı istiqamətdə təsirləndirir”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər