Azərbaycan neftinin qiyməti 70 dolları ötüb
Dünya bazarında Azərbaycan nefti bahalaşıb.
"Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,8 dollar və ya 1,15 faiz artaraq 70,54 dollar olub.
Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli İnformator.az"a açıqlamasında neftin artımının geosiyasi gərginliklərlə bağlı olduğunu bildirib:
“Ümumiyyətlə, neft qiymətlərinin gündəlik izlənməsi o qədər də əhəmiyyətli deyil. Neft qiymətləri düşə də bilər, arta da bilər.Cəmi 10 gün bundan öncə Azərbaycan neftinin qiyməti 64-65 dollara düşmüşdü. Əsas məsələ trendlərdir. Yəni, əsas olan aylıq,rüblük, altı aylıq,illik qiymətlərdir.İlin əvvəlindən Azərbaycan neftinin qiyməti ortalama 70 dollardan yuxarıdır.Bu yaxşıdır,çünkü bizim icmal büdcəmizdə neftin qiyməti 70 dollar götürülüb.Son zamanlarda neftin qiymətinin artmasına əsas səbəb geosiyasi gərginliyin artmasıdır.Yəni,Ukraniya müharibəsi dayanmadı,Amerika Hindistana da neft alışı ilə bağlı sanksyalar tətbiq etdi.Və nəticə olaraq əsas səbəbi biz geosiyasi gərginliklər olaraq qiymətləndirə bilərik”.
Həbibə Xankişiyeva
