00:00:00
Yazar
Admin User
10.02.2026 12:19 46 2 dəq oxuma
İqtisadiyyat

Azərbaycan, Özbəkistan və Gürcüstan Orta Dəhliz üzrə əməkdaşlığı gücləndirir

Azərbaycan, Özbəkistan və Gürcüstan Orta Dəhliz üzrə əməkdaşlığı gücləndirir

Azərbaycan, Özbəkistan və Gürcüstan Orta Dəhliz üzrə dəmir yolu əməkdaşlığını genişləndirir. Tərəflər Daşkənddə keçirilən görüşdə yükdaşımaların səmərəliliyinin artırılması və dəmir yolu sahəsində rəqəmsal həllərin tətbiqi imkanlarını müzakirə ediblər.

 

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki,  Orta Dəhliz, xüsusilə Gürcüstan üzərindən keçən marşrut artıq formalaşıb:

 

“Bunun əsas səbəbi Azərbaycanla Gürcüstan arasında həm avtomobil yolu əlaqəsinin açıq olması, tır daşımalarının mümkünlüyü, həm də dəmir yolu xəttinin uzun illərdir istismarda olmasıdır. Dəmir yolu xətti əvvəlcə məhdud şəkildə fəaliyyət göstərsə də, 2004-cü ildən etibarən tam gücü ilə işə düşdüyü elan olunub. Yükdaşımaların bu istiqamətə yönləndirilməsinin artması Azərbaycanın qlobal deyil, əsasən regional mövqeyini daha da gücləndirəcək. Çünki quru yolu ilə həyata keçirilən yükdaşımalar ümumi beynəlxalq daşımaların çox kiçik hissəsini təşkil edir. Dünya üzrə yükdaşımaların təxminən 80 faizi dəniz nəqliyyatı vasitəsilə həyata keçirilir. Bu səbəbdən də Orta Dəhlizin qlobal təsiri məhdud olacaq, lakin regional əhəmiyyəti artacaq”.

 

Ekspert həmçinin bunu da qeyd edib ki, bu marşrutdan qazanan əsas ölkələr Azərbaycan, Gürcüstan və Özbəkistan olacaq:

 

“Bu ölkələr tranzit gəlirləri əldə edəcək, eyni zamanda idxal və ixrac əməliyyatları üçün daha əlverişli və alternativ marşrut formalaşacaq. Bu isə ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərə bilər. Burada əsas məsələ tranzit potensialının artırılmasıdır. Digər ölkələrin də bu marşrutdan istifadə edərək yüklərini göndərməsi Azərbaycanın tranzit imkanlarını genişləndirəcək. Bununla yanaşı, yerli sahibkarlar da idxal və ixrac əməliyyatlarında bu dəhlizdən istifadə edə bilərlər. Nəticə etibarilə, bu alternativ kanal daha ucuz və daha sürətli məhsul daşınmasını təmin edərək iqtisadi səmərəliliyin artmasına şərait yarada bilər”.

 

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər