00:00:00
Yazar
Admin User
05.02.2015 09:51 767 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycan prezidenti Türkiyənin iqtisadiyyat nazirini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə iqtisadiyyat naziri Nihad Zeybekçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan prezidenti Türkiyənin iqtisadiyyat nazirini qəbul edib

N. Zeybekçi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Azərbaycanın dövlət başçısına çatdırıb.

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, ikitərəfli əlaqələrimizin siyasi, iqtisadi, enerji, qarşılıqlı sərmayə qoyuluşu, infrastruktur, müasir sənaye parklarının yaradılması, ticarət, kənd təsərrüfatı və digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə dövlət başçısına çatdırmağı xahiş edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər