00:00:00
Yazar
Admin User
22.01.2026 15:54 89 2 dəq oxuma
İqtisadiyyat

Azərbaycan qaz ixracında regional tranzit mərkəzinə çevrilir

Azərbaycan qaz ixracında regional tranzit mərkəzinə çevrilir

Azərbaycan enerji sahəsində genişlənən nəqliyyat imkanları ilə regionda mühüm tranzit ölkə kimi mövqeyini gücləndirir. Qaz infrastrukturunun istifadəsi müxtəlif istiqamətlər üzrə ixrac və ötürmə proseslərinin həyata keçirilməsinə şərait yaradır. Bu yanaşma regional enerji əlaqələrinin formalaşmasında Azərbaycanın rolunu ön plana çıxarır.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycan öz ixracı üçün Rusiyadan qaz ala bilər:

 

“Rusiyanın qazının nəqli ilə bağlı təkcə iqtisadi deyil, həm də siyasi problemlər mövcuddur. Yəni Rusiya qazının bir çox hallarda sanksiyalarla, müxtəlif sanksiya növləri ilə üzləşdiyinin şahidi oluruq. Azərbaycan daha çox Avropaya qaz ixrac edirsə, Avropanın da bu məsələdə müəyyən qırmızı xətləri var. Ona görə də gələcəkdə vəziyyət fərqli ola bilər. Azərbaycan öz ixracı üçün Rusiyadan qaz ala bilər. Çünki Rusiya başqa bazarları itirdiyinə görə məcburdur qazı daha ucuz satsın. Azərbaycan əgər Avropaya qazı daha baha satırsa, yəni öz hasil etdiyimiz qazı Avropaya yönəldirsə, boru kəmərləri vasitəsilə təxminən 1,5–2 milyard kubmetr həcmində Rusiyadan qaz ala bilərik. Bununla da daxili istehlakımızı ödəyə bilərik. Yəni öz hasil etdiyimiz qazı ölkə daxilində istifadə etməyərək xaricə sata, əvəzində isə daha ucuz Rusiya qazını ala bilərik. Belə bir sistem mümkündür və çox güman ki, gələcəkdə bunun perspektivləri daha genişdir. Amma Rusiya ilə münasibətlərdə Qərb ölkələri və ya Avropa üçün müəyyən yumşalmalar baş verərsə, o zaman Azərbaycan tranzit ölkə kimi Rusiya qazını Avropaya çatdıra bilər. Lakin burada həcm məsələsi var. Bizim TANAP və TAP layihələrinin həcmi o qədər də böyük deyil. TANAP layihəsi 32 milyard kubmetr qaza, TAP layihəsi isə 20 milyard kubmetr qaza hesablanıb. Yəni ən yaxşı halda Avropaya 20 milyard kubmetr qaz göndərə bilərik. Hazırda bu göstərici təqribən 11–12 milyard kubmetrə yaxınlaşır. Deməli, gələcəkdə doldurula biləcək təxminən 8 milyard kubmetr əlavə həcm mövcuddur”.

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər