00:00:00
Yazar
Admin User
15.12.2025 19:13 120 2 dəq oxuma
İqtisadiyyat

Azərbaycan–Qazaxıstan münasibətləri yeni əməkdaşlıq mərhələsinə daxil olur

Azərbaycan–Qazaxıstan münasibətləri yeni əməkdaşlıq mərhələsinə daxil olur

Azərbaycan və Qazaxıstan arasında keçirilən görüşlərdə ticarət, nəqliyyat və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də regional iqtisadi inteqrasiyanın gücləndirilməsi məsələləri müzakirə olunub.

 

Mövzu ilə bağlı deputat Vüqar Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi münasibətlər son illər ərzində həm dərinləşib, həm də praktik nəticələr verib:

 

“Hazırda Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi əlaqələrin dərinləşməsi açıq şəkildə müşahidə olunur. Bu, təkcə siyasi bəyanatlarla məhdudlaşmır, eyni zamanda ticarət dövriyyəsində real artımlarla da özünü göstərir. Qazaxıstan Mərkəzi Asiya regionunda Azərbaycanın ən vacib və strateji tərəfdaşlarından biridir. Ölkələr bir tərəfdən qarşılıqlı ticarət əlaqələrini genişləndirir, digər tərəfdən isə iqtisadiyyatın müxtəlif sektorlarında, o cümlədən nəqliyyat, logistika və investisiya sahələrində birgə əməkdaşlıq həyata keçirirlər. İki ölkə arasında formalaşmış dostluq və qardaşlıq münasibətləri iqtisadi əlaqələrin inkişafına birbaşa təsir göstərir.
Azərbaycan və Qazaxıstan arasında illərdir davam edən dostluq, qarşılıqlı etimad və strateji tərəfdaşlıq siyasəti iqtisadi münasibətlərdə də öz müsbət təsirini göstərir. Regional və qlobal məsələlərdə oxşar mövqelərin sərgilənməsi, birgə təşəbbüslərin dəstəklənməsi ölkələr arasında iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradır. Bu münasibətlər nəticəsində iqtisadi əməkdaşlıq davamlı artım dinamikası nümayiş etdirir. Siyasi münasibətlərin dərinləşməsi iqtisadi əməkdaşlığın genişlənməsi üçün əsas amillərdən biridir. Strateji və siyasi münasibətlər nə qədər güclüdürsə, iqtisadi əlaqələrin inkişafı da bir o qədər sürətli və səmərəli olur. Həm Azərbaycan, həm də Qazaxıstan bu əməkdaşlıqdan qarşılıqlı fayda əldə edir. Xüsusilə regional nəqliyyat dəhlizləri çərçivəsində əməkdaşlıq iki ölkə üçün mühüm iqtisadi üstünlüklər yaradır. Bu sahədə birgə addımlar atılır, tranzit imkanları genişləndirilir və beynəlxalq ticarət marşrutlarında ölkələrin rolu güclənir”.

 

Deputat vurğulayıb ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq institusional səviyyədə də möhkəmləndirilib:

 

“Azərbaycan və Qazaxıstan birgə beynəlxalq iqtisadi şəbəkələrdə vahid tariflərin tətbiqi ilə bağlı razılığa gəliblər. Eyni zamanda, kommunikasiya və gömrük sistemlərinin elektronlaşdırılması istiqamətində mühüm işlər artıq yekunlaşıb. Bu addımlar ticarət əməliyyatlarını sürətləndirir, xərcləri azaldır və biznes subyektləri üçün daha əlverişli mühit yaradır. Bu proseslər bütövlükdə dövlət gəlirlərinin artmasına və iqtisadi aktivliyin güclənməsinə xidmət edir. Strateji münasibətlərin dərinləşməsi iqtisadi əlaqələrin genişlənməsinə, ticarət dövriyyəsinin artmasına və nəticə etibarilə dövlət gəlirlərinin yüksəlməsinə şərait yaradır. Bu daha çox ixrac və idxal imkanlarının yaranması, sahibkarların və şirkətlərin yeni bazarlara çıxışı deməkdir. İki ölkə arasındakı əməkdaşlıq çərçivəsində hər iki dövlət milli maraqlarını qorumaqla yanaşı, real iqtisadi fayda əldə edir”.


Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər