Azərbaycan-Qırğızıstan birgə investisiya fondu ilk layihələri maliyyələşdirməyə başlayıb
Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondu tərəfindən ilk layihələrin maliyyələşdirilməsinə başlanılıb. Prezident İlham Əliyev hər iki dövlət başçısının qərarı ilə yaradılan Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondu tərəfindən artıq ilk layihələrin maliyyələşdirilməsinə başlanıldığını, bir neçə layihənin isə maliyyələşmə mərhələsində olduğunu qeyd edib.
Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov "İnformator.az"a açıqlamasında bildirib ki, təəssüf ki, Azərbaycanda bu iqtisadi qərar vermələr çox sadəlövh sistem üzərindən qurulubdur:
"Qaydalar və şəffaflıq mövcud deyil, yəni bu sadəlövhlük aradan qaldırılmalıdır ki, biz xərclənən pullardan bir fayda olacağına ümid edək. Ümumiyyətlə belə bir beynəlxalq fondunun yaradılması məsələlərinin, Azərbaycanda dövlətin pullarının investisiya kimi yatırılmasının qaydaları yoxdur. Bu dünya təcrübəsində var. Bunun həm qaydaları, həm də şəfaf hesabatlılığı var, lakin bizdə bu qaydalar mövcud deyil".
Günel Əlili
