00:00:00
Yazar
Admin User
07.12.2025 10:22 106 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycan-Qırğızıstan İnvestisiya Fondu ilk layihələrə maliyyə ayırıb

Azərbaycan-Qırğızıstan İnvestisiya Fondu ilk layihələrə maliyyə ayırıb

Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondu tərəfindən ilk layihələrin maliyyələşdirilməsinə başlanılıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

 

Prezident İlham Əliyev hər iki dövlət başçısının qərarı ilə yaradılan Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondu tərəfindən artıq ilk layihələrin maliyyələşdirilməsinə başlanıldığını, bir neçə layihənin isə maliyyələşmə mərhələsində olduğunu qeyd edib.


Dövlət başçısı vurğulayıb ki, Fondun kapitalının formalaşması üçün ölkəmiz maliyyə vəsaiti ayırıb və layihələrin sayının artacağı təqdirdə, Azərbaycan əlavə vəsait ayıracaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər