Azərbaycan qlobal terrorçuluğa qarşı mübarizədə ABŞ üçün önəmli tərəfdaşdır - Robert Sekuta
\"Azərbaycan, həmçinin qlobal terrorçuluğa qarşı mübarizədə də ABŞ üçün önəmli tərəfdaşdır.\"
İnformator.az xəbər verir ki, bu sözlər ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın mətbuatda yayımladığı məqaləsində ifadə olunub.
Səfirin məqaləsində deyilir: “Azərbaycana təhlükəsizlik sahəsində, xüsusilə bölgə təhlükəsizliyinin təminatı üçün gördüyü işlərə görə təşəkkür etmək istəyirəm. Azərbaycan Əfqanıstanda nəqliyyat dəhlizləri və sülhməramlı əməliyyatları dəstəkləməklə ABŞ və NATO ilə vacib tərəfdaşlıq edir. Ələt portu vasitəsilə Çin, Mərkəzi Asiya və Avropaya yüklərin uğurla daşınması Azərbaycanın vacib bir nəqliyyat mərkəzinə çevrildiyini nümayiş etdirir. Bu kimi vacib fəaliyyətlər bölgədə Yeni İpək Yolunun reallaşması istiqamətində vacib addımlardır. Yeni İpək Yolu qədimdə olduğu kimi sahibkarlığın, innovasiyaların və fərdi yaradıcılığın inkişafına təkan verəcək. Azərbaycan həmçinin qlobal terrorçuluğa qarşı mübarizədə önəmli tərəfdaşdır və tarixi və güclü etnik və dini tolerantlıq ənənələrinə görə digər dünya ölkələri üçün bariz nümunədir”.
