00:00:00
Yazar
Admin User
09.02.2026 15:49 125 2 dəq oxuma
İqtisadiyyat

Azərbaycan Rusiyaya nota verib

Azərbaycan Rusiyaya nota verib

Azərbaycan tərəfi Rusiyaya rəsmi nota təqdim edib. Notada iki ölkə arasında münasibətlərə dair konkret məsələ ilə bağlı Azərbaycanın mövqeyi ifadə olunub və Moskva müvafiq addımların atılması tələb edib.

 

Mövzu ilə bağlı iqtisadçı Rəşad Bayramov “İnformator.az”a açıqlamasında bildirir ki, Azərbaycanın Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin Qarabağda məhkum olunmuş erməni rəsmiləri ilə bağlı səsləndirdiyi bəyanata cavab olaraq nota verməsi bir neçə mühüm siyasi mesaj ehtiva edir:

 

“İlk növbədə bu addım Azərbaycanın daxili hüquqi məsələlərdə tam suveren olduğunu nümayiş etdirir. Azərbaycan açıq şəkildə göstərir ki, ölkənin məhkəmə və hüquqi qərarları hər hansı xarici müdaxiləyə ehtiyac olmadan qəbul edilir və bu məsələlər müzakirə predmeti deyil. Nota eyni zamanda diplomatik sərtlik aləti kimi çıxış edir. Rəsmi Bakı bu addımla təkcə narazılığını ifadə etmir, həm də Rusiya tərəfinin konkret mövqe ortaya qoymasını və məsuliyyətli davranmasını tələb edir. Bu mesaj həm daxili, həm də xarici auditoriyaya ünvanlanıb. Daxili auditoriya üçün bu, Azərbaycanın öz daxili işlərinə müdaxiləyə imkan verməyəcəyinin açıq nümayişidir. Xarici aktorlar üçün isə bu, Azərbaycanın qırmızı xətlərinin aydın şəkildə göstərilməsidir. Notanın Azərbaycan–Rusiya münasibətlərinə mümkün təsirinə toxunan müsahib qeyd edib ki, bu addım onsuz da mürəkkəb olan münasibətlərdə müəyyən gərginlik yarada bilər. Bununla belə, nota daha sərt addımların alternativi kimi dialoq imkanlarını da açıq saxlayır. Bu, Azərbaycanın milli maraqlarını qorumaq qabiliyyətini nümayiş etdirir və Rusiya regional güc aktoru olaraq bu mesajı nəzərə almalıdır. Region üçün mümkün nəticələrə gəlincə, nota beynəlxalq aktorların diqqətini Cənubi Qafqazdakı geosiyasi balans məsələsinə yönəldir. Azərbaycan bu addımla regional və beynəlxalq müstəvidə siyasi çəkisini artırır və digər dövlətlərin Bakı ilə münasibətlərdə mövqeyini daha dəqiq hesablamağa məcbur edir. Azərbaycanın Rusiyaya təqdim etdiyi nota suverenlik, diplomatik qətiyyət və regional balans mesajıdır. Bu, açıq siqnaldır, Azərbaycan öz milli maraqlarını qorumaqda geri addım atmayacaq”.


Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər