00:00:00
Yazar
Admin User
17.11.2025 16:08 128 1 dəq oxuma
Media

Azərbaycan – səfərlər, tərəfdaşlıq və investisiyalar ölkəsidir

Azərbaycan – səfərlər, tərəfdaşlıq və investisiyalar ölkəsidir

Azərbaycan – səfərlər, tərəfdaşlıq və investisiyalar ölkəsidir, bununla bağlı böyük imkanlar təqdim edir.


"İnformator.az" "Report"a istinadən xəbər verir ki, bunu "Euronews"un Direktorlar Şurasının sədri Pedro Vargas David Bakıda rəhbərlik etdiyi telekanalın ofisinin açılış mərasimində deyib.

 

Onun sözlərinə görə, bu gün bütün dünya Azərbaycana məhz belə baxmalıdır. "Mənim ağlıma burada üç söz gəlir: ziyarət, əməkdaşlıq və investisiya", – telekanal rəhbəri söyləyib.

 

Pedro Vargas David əlavə edib ki, Azərbaycan xüsusilə öz infrastrukturu və coğrafi cəhətdən mühüm mövqeyi sayəsində xarici investorlar üçün yeni imkanlar açır.

 

"Bizim enerji təhlükəsizliyimiz üçün Azərbaycana ehtiyacımız var, həmçinin ölkə əvvəllər xarici investisiyalar üçün əlçatan olmayan sahələri açır. İndi – tam suveren olan və böyük imkanlar təqdim edən ölkəyə baxmaq üçün doğru zamandır", – deyə o bildirib.

O, həmçinin Azərbaycanın beynəlxalq tranzit dəhlizlərində strateji rolunu qeyd edib, o cümlədən Avropa ilə Asiya arasında marşrutlar üçün ölkənin hava məkanından fəal istifadəni vurğulayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər