00:00:00
Yazar
Admin User
04.05.2015 05:54 321 1 dəq oxuma
Sosial

Azərbaycan-Türkiyə-Gürcüstan Silahlı Qüvvələri Rəhbərlərinin birinci görüşü keçiriləcək

Görüşün yekunlarına dair Protokolun imzalanması planlaşdırılır.
Azərbaycan-Türkiyə-Gürcüstan Silahlı Qüvvələri Rəhbərlərinin birinci görüşü keçiriləcək

Mayın 4-də Ankara şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikası Baş Qərargahının rəisi ordu generalı Necdet Özel və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vaxtanq Kapanadzenin iştirakı ilə 3 ölkənin Silahlı Qüvvələri Rəhbərlərinin birinci görüşü keçiriləcək.

İnformator Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə hərbi sahədə üçtərəfli formatda əməkdaşlığın aparılması, regional sabitlik və təhlükəsizlik məsələlərinin müzakirəsi, o cümlədən enerji daşıyıcıları, dəmiryolu xətti və digər regional layihələrin təhlükəsizliyinin təmin edilməsi istiqamətində vəzifələrin müəyyənləşdirilməsi və onların praktiki icra mexanizmləri müəyyən ediləcəkdir.

Görüşün yekunlarına dair Protokolun imzalanması planlaşdırılır.


 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər