00:00:00
Yazar
Admin User
20.12.2025 12:32 111 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycan Türkiyə iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 65 %-ə yaxın artırıb

Azərbaycan Türkiyə iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 65 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyə iqtisadiyyatına 288 milyon 613 min ABŞ dolları birbaşa investisiya qoyub.

 

"İnformator.az"  Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 64,5 % çoxdur.

 

Hesabat dövründə Azərbaycanın Türkiyə iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 12,7 %-dən 14,2 %-ə qalxıb. 9 ay ərzində Türkiyə isə Azərbaycan iqtisadiyyatına 911 milyon 956 min ABŞ dolları birbaşa investisiya yatırıb. Bu, 1 il əvvələ müqayisədə demək olar dəyişməyib. Hesabat dövründə Türkiyənin Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 20,2 %-dən 19,3 %-ə düşüb. Xatırladaq ki, yanvar-sentyabr aylarında Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyalar 2 milyard 038 milyon 685 min ABŞ dolları (ötən ilin eyni dövrü ilə müqayisədə 47,6 % çox), ölkəyə xaricdən cəlb edilmiş birbaşa investisiyalar isə 4 milyard 522 milyon 578 min ABŞ dolları (4,7 % çox) təşkil edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər