Azərbaycan Türkmənistanla qaz və "yaşıl enerji" sahələrində sıx tərəfdaşlığa hazırdır
Mövzu ilə bağlı enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev "İnformator.az"a açıqlamasında bildirib ki , Türkmənistan Avropaya qaz ixracı məsələsində Cənub Qaz Dəhlizinin imkanlarından istifadə edə bilər:
"Türkmənistanın neft və qazı 2025" Beynəlxalq Konfransı və Sərgisi çərçivəsində SOCAR-ın Türkmənistanın "Türkmənnebit" , "Türkmənqaz" və digər dövlət şirkətləri ilə neft,qaz və yaşıl enerji sahəsində birgə əməkdaşlıq perspektivləri haqqında söylənilən fikirlər , SOCAR-ın beynəlxalq neft və qaz strategiyasının şaxələndirilməsi siyasətinin tərkib hissəsidir. Təbii ki , Türkmənistan Avropaya qaz ixracı məsələsində Cənub Qaz Dəhlizinin imkanlarından istifadə edə bilər. Bunun üçün siyasi qərarların verilməsinə ehtiyac var. Bununla bağlı "OGT2025" tədbirində Beynəlxalq Qaz İttifaqının Prezidenti Andrea Ştayger türkmən qazının Avropaya ixracının xüsusi potensiala malik olmasını vurğulayıb və bunun üçün siyasi əməkdaşlığın vacibliyini dilə gətirib . Türkməmistan zəngin təbii qaz ehtiyatlatına malik olmaqla yanaşı , onun BOE potensialıda genişdir. Təbii ki , Türkmənistan BOE məsələsində Azərbaycan, Qazaxıstan və Özbəkistanın “Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsinin imkanlarından istifadə edə bilər. Türkmənistanın Azərbaycanla enerji , logistika və digər sajələrdə geniş əməkdaşlığı Beynəlxal Transxəzər Marşrutunun inkişafına geniş dəstək verə bilər. Çünki , hər iki ölkə Orta Dəhlizin aparıcı elementləridir".
Xədicə Məhərrəmli
