00:00:00
Yazar
Admin User
02.09.2025 17:39 171 1 dəq oxuma
Mədəniyyət

Azərbaycan teatrı - problemlər və perspektivlər

Azərbaycan teatrı - problemlər və perspektivlər

Azərbaycan teatrı pandemiya sonrası bərpa prosesində müxtəlif çətinliklərlə üzləşib.


Mövzu ilə bağlı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanova bildirib ki, pandemiya bir sınaq idi:

 

“Amma teatrlar vəziyyətdən çıxmağı bacardılar. Onlayn tamaşa əvvəllər verirdik. İndi Mədəniyyət kanalı və teatrımızın birgə layihələri nəticəsində ara-sıra tamaşalarımız canlı yayımlanır. Teatrda bilet qiymətləri (uşaq və böyüklər üçün) hər tamaşaya görə ayrıdır. Tamaşaçı keyfiyyətli, maraqlı repertuar və peşəkar səhnə performansı da, görmək istəyir. Yəni, bilet qiyməti tamaşanın dəyəri ilə balanslı olmalıdır. Bunun üçün “iticket.az” saytına da baxa bilərsiniz. Hər hansı iş varsa, orada çətinliklər, problemlər də var. Amma teatr bunun öhdəsindən bacardığı qədər gəlir. Səhnəmizi teatrın repertuarındakı müxtəlif janrlarda hazırlanmış tamaşalar bəzəyir. Festivallar teatra yeni ab-hava gətirir. Əməkdaşlarımız iboyu müxtəlif festival və müsabiqələrdə istər kollektiv şəkildə, istər fərdi iştirak edirlər".


Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər