00:00:00
Yazar
Admin User
30.03.2016 10:53 1232 1 dəq oxuma
Araşdırma

Azərbaycan Texniki Universitetində beynəlxalq layihəyəsi uğurla yekunlaşdı

Təlimlərdə iştirak edən tələbələr tariximiz, iqtisadiyyatımız və mədəniyyətimiz ilə yaxından tanış olub
Azərbaycan Texniki Universitetində beynəlxalq layihəyəsi uğurla yekunlaşdı

Azərbaycan Texniki Universitetinin (AzTU) ESTIEM LG Baku “Europe3D Azerbaijan” layihəsi çərçivəsində Avropanın müxtəlif ölkələrindən 25 tələbə Bakıya gələrək ölkəmiz haqqında müxtəlif informasiyalar əldə edib.

Universitetdən İnformator.az-a bildiriblər ki, 1 həftə davam edən layihədə Azərbaycanın iqtisadi, siyasi və mədəni təqdimatı keçirilib. Təlimlərdə iştirak edən xarici tələbələr tariximiz, iqtisadiyyatımız və mədəniyyətimiz ilə yaxından tanış olub.

AzTU-nun nəzdində fəaliyyət göstərən “ESTIEM LG Baku”nun təşkilatçılığı ilə reallaşan forumda əsasən mühəndislik və menecment ixtisasları üzrə təhsil alan tələbələr iştirak edib. Forum çərçivəsində iştirakçı tələbələrin Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri, elm adamları ilə görüşləri və bəzi məkanlara ekuskursiyalar da baş tutub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər