00:00:00
Yazar
Admin User
03.09.2025 18:22 143 1 dəq oxuma
İqtisadiyyat

“Azərbaycan üçün 10 dollarlıq artım 2,2 milyard manat əlavə gəlir deməkdir”

“Azərbaycan üçün 10 dollarlıq artım 2,2 milyard manat əlavə gəlir deməkdir”

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,71 ABŞ dolları, yaxud 1 % artaraq 71,25 ABŞ dolları təşkil edib.

 

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, son dövrlərdə qiymətin bahalaşmasının səbəbi Rusiya- Ukrayna müharibəsinin yenidən alovlanmasıdır:

 

“Ukraynanın Rusiyanın neft emalı zavodlarına hücumlarıdır. Yəni bu narahatlıq yaradır ki, Rusiya neft hasilatı və ixracatı azalacaq. Bundan başqa Amerikanın Hindistana təzyiqləridir ki, Rusiya neftinə imtina etməsi və bu da bazarda gərginlik yaradır. Bu səbəblər son bir neçə gündür neft qiymətini artırır. Amma bu gün düşüb. “Azeri Light” bu təbii ki, Azərbaycan üçün yaxşıdır. Amma bu qiymətlər Neft Fondu neft dövlət büdcəsində proqnozlaşdırılan qiymətlərdir. Bu çox yüksək qiymət deyil. Onsuzda neft büdcəde 70 dollardan proqnozlaşdırılıb. Yəni proqnozlara uyğun qiymətə gəlib çatıb. Bütün işimizi icmal büdcəmizi, dövlət büdcəsini 70 dollara proqnozlaşdırdıq. O baxımdan bizim üçün gözləntilərə uyğundur. Ümumi şəkildə neft qiymətinin illik 10 dollar yüksək olmasının Azərbaycana xeyiri 2.2 milyard manatdır. İllik 10 dollar aşağı olmasının Azərbaycan ziyanı isə 2.1 milyar manatdır. Bu 2.1 milyard manatın 400 milyon manatı büdcəyədir. 1.7 milyard manatı Neft Fondunadır 10 dollar aşağı olsa, ziyan olacaq. 2.2 milyard manat 10 dollar yuxarı olsa 2.2 milyard manat xeyirdir. Onun 1.8 milyard manatı yenə Neft Fondunadır. 400 milyon manatı isə dövlət büdcəsinədir”.


Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər