Azərbaycan Ukraynaya qaz tədarükünə başlaya bilər
Yunanıstan, Bolqarıstan, Rumıniya, Moldova və Ukraynanın milli enerji tənzimləyiciləri regional əlaqəni və təchizat təhlükəsizliyini gücləndirən yeni 2 və 3 nömrəli marşrutları təsdiqləyiblər.
"İnformator.az" "Bakupost.az"a istinadən xəbər verir ki, İCGB-nin (Yunanıstan-Bolqarıstan Qarşılıqlı Əlaqə Operatoru) iştirakı ilə hazırlanmış marşrutlar, xüsusən də Azərbaycandan Yunanıstana, Albaniyaya və İtaliyaya qaz nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə qaz tədarükünə imkan verir.
