Azərbaycan uşaq ədəbiyyatı SSRİ- nin ən güclü ədəbiyyatlarından sayılırdı
“Doğrusu, müasir uşaq ədəbiyyatının niyə bu gündə olmağı bir ciddi problem kimi bizim hamımızı düşündürür. Məsələ burasındadır ki, sovet dövründə Azərbaycan uşaq ədəbiyyatı SSRİ- nin ən güclü ədəbiyyatlarından sayılırdı. Bizim Moskvada həm elmi kitablarımız çıxırdı, həm də bədii əsərlərimiz nəşr olunurdu. Bu kitablar ölkə miqyasında sayılıb-seçilən kitablar idi”.
Bu sözləri İnformator.az-a açıqlamasında yazar Zahid Xəlil deyib. Onun sözlərinə görə, bu gün dünya xeyli dəyişib.
“Sovet dövründə, şübhəsiz ki, kitaba çox böyük qonorar verilirdi, müəllif əmək haqqı alırdı, indi isə bu yoxdur. Ona görə də camaat evinə-eşiyinə pul qazanmaqla məşğuldur. Uşaq ədəbiyyatını mənim kimi yaşlı adamlar vaxtilə yazmışıq. Necə deyərlər, boynumuza düşüb, indi onu davam etdiririk. Bu sahəyə gələn yeni nəsillərdə var. Uşaq əsərlərinin yaranması iki istiqamətdə baş tutur. İlk növbədə qoca nəsil, yaşlı yazarlar öz həvəslərindən əlçəkmir, növbəti olaraq isə, gənc nəsillər uşaq ədəbiyyatına yeni nəfəs gətirir.
Mən o fikirdə deyiləm ki, ölkəmizdə uşaq ədəbiyyatı məhsulu heç yoxdur. Məsələn, Beynəlxalq Kitab Yarmarkalarında mən o yarmarkanı gəzdim. Gördüm ki, əvvəla, bizdə nəşriyyatların sayı çoxdur, ikincidə bütün nəşriyyatlar demək olar ki, uşaq kitabları çap edirlər. Sadəcə olaraq, biz bu kitabların hamısını bir yerdə necə deyərlər, kom şəkildə görmürük. Ona görə də bizə elə gəlir ki, Azərbaycanda uşaq ədəbiyyatı yoxdur, amma var. Bəs, bunun səviyyəsi necədir? Bax, söhbət ondan gedir. Sadəcə, yazılan kitabların ədəbi tənqidi yoxdur. Bizim tutaq ki, Ədəbiyyat qəzeti, Azərbaycan jurnalı bunları saf çürük edilməli, axtarılmalı, o kitablar necə deyərlər, ədəbi-tənqidi nəzərdən keçirilməlidir. Bunları etdikdən sonra, biz onda bilərik ku, uşaq ədəbiyyatımız nə vəziyyətdədir. Mənim məsələn, apardığım müşahidələr deyir ki, bir sıra uşaq yazıçılarımız var ki, onlar ardıcıl yazırlar və heç də pis yazmırlar. Xüsusilə bizim folklorda şifahi xalq ədəbiyyatında o qədər gözəl nağıllarımız var ki, o nağılları müəyyən ədəbi dilə, ədəbi məhsula çevirib, uşaqlar üçün təzədən işləyib vermək olar. Bizim klassiklərimizin Süleyman Sani Axundovun əsərlərinin hamısı bizim folklor materialları əsasında yazılıb. Abdulla Şaiqin əsərlərinin nağılların hamısı şifahi xalq ədəbiyyatının mövzuları üstündə işlənirdi. Bunlar hamısı bir ənənədir və bu ənənəni davam etdirmək lazımdır. Bunu hələdə davam etdirən kifayət qədər yazıçılarımız var. Mən istəsəniz, bəzi yazarların adlarını da çəkə bilərəm. Məsələn, tutaq ki, vaxt Rafiq Yusifoğlu, Qəşəm İsabəyli, sonra Ələsgər Əlioğlu, Sevinc Nuru qızı. sonra deməli, Şıxlinskaya və başqaları. Deməli, uşaqlar üçün qəşəng məzmunlu əsərlər yaradıblar”.
Lalə Qafarova
