00:00:00
Yazar
Lalə Qafarova
17.04.2026 23:05 17 1 dəq oxuma
Maraqlı

Əfsanəvi yolun xilaskarı: 98 yaşlı Angel Delqadillo

Əfsanəvi yolun xilaskarı: 98 yaşlı Angel Delqadillo

Arizona ştatının Seliqman şəhərində yaşayan 98 yaşlı Angel Delqadillo məşhur "Route 66" yolunun sadəcə sakini deyil, onun canlı simvolu hesab olunur. O, hər gün öz mağazasında turistləri səmimi şəkildə qarşılayaraq, onlara bu tarixi yolun nostalji ruhunu ötürür.

 

Bir vaxtlar unudulmaq təhlükəsi ilə üzləşən "Route 66" məhz Delqadillonun sönməz enerjisi və səyləri nəticəsində yenidən populyarlıq qazanıb. Onun təşəbbüsləri sayəsində bu gün həmin marşrut ABŞ-ın ən ikonik və turistik yollarından biri sayılır. Qeyd edək ki, 2026-cı ildə bu tarixi yolun 100 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq.

 

1927-ci ildə doğulan Delqadillo elə Seliqmanda boya-başa çatıb. Onun ailəsi vaxtilə Meksikadan köçərək burada bərbərxana açıb. Angel də uzun illər ailə peşəsini davam etdirərək həm şəhərin, həm də "Route 66"-nın tarixində silinməz iz qoyub.

 

BBC

Reyhan Quliyeva

#xilaskarı: #angel #gündəm #əfsanəvi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər