00:00:00
Yazar
Admin User
01.09.2025 17:25 194 2 dəq oxuma
İqtisadiyyat

Azərbaycan və Çin arasında vizanın ləğvi

Azərbaycan və Çin arasında vizanın ləğvi

Azərbaycan və Çin arasında vizanın ləğvi turizmin inkişafına müsbət təsir edəcək.Vətəndaşlarımız artıq sadəcə bileti almaqla Çinə səyahət edə bilərlər-bu,müraciət prosesini,vaxtını və xərcləri minimuma endirir.


Mövzu ilə əlaqədar iqtisadi ekspert Akif Nəsirli”İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan və Çin arasında viza rejiminin ləğvi, yəni viza tələb edilməməsi 16 iyul 2025-ci il tarixindən qüvvəyə minib:

 

“Eyni zamanda, Çindən gələn turistlərin sayında sürətli artım müşahidə olunur - bəzi mənbələr qeyd edir ki, Çindən Azərbaycana gələn turistlərin sayı rekord həddə, 70 % artıb.
Turizm, qonaqpərvərlik, nəqliyyat, xidmət sektoru və mədəni mübadilə sahələri, həmçinin biznes əlaqələri bu vəziyyətdən fayda götürəcək.16 iyul 2025-ci ildən qüvvəyə minən qarşılıqlı viza ləğv edilən rejimə görə, Azərbaycan və Çin vətəndaşları mühüm şərtlərlə vizasız səyahət edə bilirlər”.


Ekspertin sözlərinə görə,Çindən gələn vətəndaşlar Azərbaycanda 15 günə qədər qalırsa,qeydiyyata ehtiyac yoxdur, lakin bundan artıq qalsalar, mütləq yer üzrə qeydiyyat etdirməlidirlər.


“Uzunmüddətli və ya xüsusi məqsədlər üçün yuxarıda qeyd olunan müddəti keçəcəklər üçün müvafiq viza və ya icazə alınmalıdır.
Bu qarşılıqlı rejimdən əvvəl Azərbaycan yalnız Çindən gələn ölkə vətəndaşlarına məhdud - il ərzində 3 dəfə, hər dəfə 30 gün olmaqla viza olmadan giriş imkanı verib.Lakin Azərbaycanın Çinə vizasız girişi yox idi. Yeni rejim isə hər iki tərəf üçün eyni şərtləri tətbiq edir.

Viza tələbinin aradan qaldırılması insan axını və qarşılıqlı mübadilənin artımına səbəb olacaq. Bu şəraitdə təhsil müəssisələrində - məktəb, universitet, dil kursları sferasında çin dilinə tələbat mütləq artır.
Bu istiqamətdə həm dövlət, həm də özəl sektorda müvafiq proqramlar, çin dili kursları və ya ikidilli layihələrə ehtiyac yarana bilər. Bu, həm turizm, həm akademik və iqtisadi əlaqələrin inkişafına xidmət edəcək”.


Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər