00:00:00
Yazar
Admin User
13.01.2026 16:41 121 2 dəq oxuma
İqtisadiyyat

Azərbaycan və İtaliya arasında əməkdaşlığı genişləndirən yeni sənəd imzalanıb

Azərbaycan və İtaliya arasında əməkdaşlığı genişləndirən yeni sənəd imzalanıb

Azərbaycan ilə İtaliya arasında iqtisadi və strateji tərəfdaşlığın genişləndirilməsinə yönəlmiş yeni sənədin imzalanması iki ölkə arasında əlaqələrin daha da dərinləşdirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.


Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov “İnformator.az”a açıqlamasında bildirir ki, belə sənədlərin real təsiri onların hüquqi və icra mexanizmlərindən asılıdır:

 

“Əgər imzalanan sənəd sadəcə niyyət memorandumu xarakteri daşıyırsa, bu daha çox gələcək əməkdaşlıq üçün ümumi çərçivə rolunu oynayır və tərəflərin bir-birini öyrənməsi, imkanları araşdırması ilə məhdudlaşa bilər. Bu halda sənədin ticarət və investisiyalara real təsiri icra mərhələsində necə davam etdiriləcəyindən asılı olacaq. Əgər sənəd konkret fəaliyyət planları, vaxt qrafiki və tərəflərin üzərinə düşən öhdəlikləri ehtiva edirsə, o zaman bu razılaşma artıq praktik nəticələr verə biləcək ciddi bir mexanizmə çevrilə bilər. Bu isə həm qarşılıqlı investisiyaların, həm də ticarət dövriyyəsinin artmasına real zəmin yaradar. Məsələ təkcə İtaliya ilə əməkdaşlıqda deyil, ümumilikdə Azərbaycanın xarici iqtisadi tərəfdaşlıqlara necə yanaşmasındadır. Hansı ölkə ilə əməkdaşlıq olunmasından asılı olmayaraq əsas şərt ölkənin iqtisadi maraqlarını qoruyan aydın qaydaların və metodologiyanın mövcudluğudur. İnvestisiyalarla bağlı şəffaf, əsaslandırılmış və iqtisadi baxımdan səmərəli mexanizmlər yaradılmadıqca, imzalanan sənədlərin real faydası sual altında qalır. Dövlət investisiyalarını və xarici tərəfdaşlıqları yönləndirən iqtisadi komanda ölkənin ümumi iqtisadi maraqlarını qoruyan qaydalar formalaşdırmalıdır. Əgər bu qaydalar mövcud deyilsə və ya tətbiq olunmursa, o zaman istər İtaliya ilə, istərsə də başqa ölkələrlə imzalanan razılaşmaların iqtisadiyyata nə qədər fayda verəcəyini əvvəlcədən dəqiq demək çətindir. Bu baxımdan Azərbaycan–İtaliya arasında imzalanmış yeni sənəd mühüm siyasi və iqtisadi siqnal olsa da, onun real nəticələri sənəddə nəzərdə tutulan mexanizmlərin necə və hansı səviyyədə icra olunacağından asılı olacaq. Yəni əsas məsələ imza mərasimi deyil, ondan sonra atılacaq praktiki addımlardır”.


Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər