00:00:00
Yazar
Admin User
25.06.2025 10:23 185 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycan və Özbəkistan biznes modellərinin vergitutmaya təsirini müzakirə edib

Azərbaycan və Özbəkistan biznes modellərinin vergitutmaya təsirini müzakirə edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Zaur Qurbanov Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) 29-cu Baş Assambleyasının texniki sessiyası çərçivəsində Azərbaycanda səfərdə olan Özbəkistanın Dövlət Vergi Komitəsinin sədri Şerzod Kudbiyev ilə görüşüb.

 

"İnformator.az" bu barədə SOCAR-a istinadən xəbər verir.

 

Məlumata görə, görüşdə şirkətin təcrübəsinə əsasən müxtəlif biznes modellərinin vergitutma prosesinə təsiri, təcrübə mübadiləsinin aparılması istiqamətində əməkdaşlığın davam etdirilməsi məsələləri müzakirə olunub.


Söhbət zamanı qaz hasilatı, emalı, nəqli və pərakəndə satışı zamanı vergi effektivliyi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər