00:00:00
Yazar
Səadət Əlizadə
29.10.2026 20:41 41 1 dəq oxuma
İqtisadiyyat

İranda baş verən gərginlik dünyada neft qiymətinin artmasına səbəb olur - ŞƏRH

İranda baş verən gərginlik dünyada neft qiymətinin artmasına səbəb olur - ŞƏRH

Dünya bazarında Azərbaycan neftinin (“Azeri Light”) 1 barelinin qiyməti 2,93 dollar və ya 2,4% artaraq 125,42 dollara çatıb. Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti 65 dollar nəzərdə tutulub.

 


Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında “İqtisadi və Sosial Araşdırmalara Yardım” İctimai Birliyinin sədr müavini Əyyub Kərimli bildirib ki,  dünyada gedən münaqişələr və müharibələr, əsasən də İranda baş verən gərginlik dünyada neft qiymətinin artmasına səbəb olur:


“Bu da sözsüz ki, ölkəmizdə də neft ixracatı ilə məşğul olduğu məşğul olduğu üçün neft gəlirlərini artır və büdcə daxilolma bu istiqamətdə artır.  
Lakin onu qeyd edək ki, hazırda ölkədə neft ixracatı aşağı düşdüyündən, bu əvvəlki illərə nisbətən gəlirləri sabitləşdirir. Əlbəttə ki, neft qiymətinin artması ölkəmiz üçün müsbət bir iqtisadi haldır və bu büdcə gəlirlərinin artmasına səbəb olur”.

 

Aysu Abbasova

#i̇randa #gündəm #olur #səbəb #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər