00:00:00
Yazar
Admin User
24.09.2025 16:35 134 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycan və Qazaxıstan şirkətləri dəmir istehsalı üzrə əməkdaşlıq edəcək

Azərbaycan və Qazaxıstan şirkətləri dəmir istehsalı üzrə əməkdaşlıq edəcək

Qazaxıstanın "Fonte GreenMet Investments Fund" şirkəti ilə imzalanmış müqavilə çərçivəsində illik 2 milyon ton istehsal gücünə malik isti briketlənmiş dəmir (İBD) zavodunun layihələndirilməsi, maliyyələşdirilməsi, qurulması və idarə edilməsi təmin olunacaq.

 

Mövzu ilə bağlı "İnformator.az"a iqtisadçı Elşad Məmmədov bildirib ki, yeni İBD zavodunun yaradılmasının Azərbaycanın sənaye və qeyri-neft sektoru üçün müsbət təsirləri olacaq:

 

"Yeni İBD zavodunun yaradılması və istifadəyə verilməsinin Azərbaycan sənaye və qeyri-neft sektoru üçün müsbət təsirləri ola bilər. Belə ki, bu, qeyri-neft sektorunun ölkə iqtisadiyyatındakı payının artımına, ölkədə yeni iş yerlərinin açılmasına və milli iqtisadiyyatımızın şaxələndirilməsinə müvafiq təkan verir.

 

Ölkədə kifayət qədər daxili investisiya resursları mövcuddur, lakin texnologiyalar idxalı ölkə iqtisadiyyatının rəqabət gücünün artmasına şərait formalaşdırmalıdır. Yəni biz texnologiyaların idxal edilməsinin xarici investisiyalar nöqteyi-nəzərindən vacibliyini görə bilərik.

 

Ölkəmizin ixrac potensialının reallaşdırılması, xarici bazarlarda mövqelərimizin dərinləşdirilməsi və gücləndirilməsi baxımından bu zavodun istismara verilməsi milli iqtisadiyyatın inkişafı, sənaye sektorunun ixrac imkanlarının şaxələndirilməsi istiqamətində aparılan işlər çərçivəsində böyük rol oynayacaq".

 

Ayan Eyvazova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər