Azərbaycan vətəndaşları Nepaldan təxliyə edilib
Azərbaycan Respublikasının 13 və Gürcüstanın 4 vətəndaşının olduğu təyyarə bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən Nepal Federativ Demokratik Respublikasında baş vermiş dağıdıcı zəlzələ ilə əlaqədar təbii fəlakət bölgəsində olan Azərbaycan və digər ölkə vətəndaşlarının təxliyyəsi həyata keçirilir.
İnformator Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Aprelin 30-da Nepaldan yola düşən və göyərtəsində Azərbaycan Respublikasının 13 və Gürcüstanın 4 vətəndaşının olduğu təyyarə bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.
