Azərbaycana qarşı kiberhücumlar təşkil edənlər cəzasız qalmamalıdır
Dövlət başçısı bildirib ki, Azərbaycana qarşı kiberhücumlar təşkil edən ölkələr, ya tərəflər, ya qurumlar cəzasız qalmamalıdır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında media eksperti Hacıbəy Heydərli bildirib ki, düşünürəm ki, kiber təhlükəsizlik xxı əsrdə dövlətin əsas prioritetlərindən biridir və Azərbaycan dövləti də hər zaman bu istiqamətdə mühüm işlər görüb:
“Təbii ki, heç bir dövlət qurumu, heç bir media subyekti kiber hücumlardan sığortalanmayıb və biz də mütəmadi olaraq Azərbaycan dövlət strukturlarına, eyni zamanda media subyektlərinə kiber hücumların şahidi oluruq. Bunlar da təbii ki, təkcə təsadüfi deyil. Çünki Azərbaycanı sevməyən qüvvələr hər zaman ölkəmizin informasiya resurslarına qarşı bu cür hücumlar təşkil edirlər. Və təbii ki, dövlətimiz hər zaman kiberhücumlara qarşı mübarizədə əsas rol oynayır və cənab Prezident İlham Əliyevin də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr edilmiş tədbirdə etdiyi çıxışı və "kiberhücumlara qarşı səssiz qalmamalıyıq", fikri mən düşünürəm ki, həm də bizim bu məsələlərlə məşğul olan əlaqədar qurumlar üçün də verilən bir mesajdır. Çünki həmin hücumları edən şəxslər, qüvvələr mütləq müəyyənləşdirilməlidir. Amma burada başqa bir məqam da ondan ibarətdir ki, çox vaxt biz bu kiber hücumların ölkə daxilində deyil, ölkə xaricindən edildiyinin şahidi oluruq və belə olan təqdirdə həmin şəxslərin tapılması bir az çətinləşir. Qaldı ki, media təhlükəsizliyini, əlbəttə, yeni media subyektlərinində kiberhücumlardan sığortalanmayıb və biz tez-tez Azərbaycanda media subyektlərinə qarşı kiber hücumların şahidi oluruq. Belə hücumlar artıq mütəmadi hal alıb. Xüsusən də qonşu İrandan, Rusiyadan və digər ölkələrdən Azərbaycan media subyektlərinə qarşı hər zaman kiberhücumlar olub və həmin hücumlara qarşı da, sayıtlarımız tab gətirməyi bacarıb. Amma təbii ki, bu hücumlar hər zaman var və olacaq. Xüsusən 44 günlük Vətən müharibəsi günlərində biz gördük ki, Ermənistandan Azərbaycanın media subyektlərinə qarşı mütəmadi hücumlar edilir, saxta məlumatlar, yerləşdirilən saytlar dağıdılır. Əlbəttə, bu çox ciddi bir anonsdur və çox ciddi bir mesajdır və Azərbaycan media subyektləri də öz təhlükəsizliyi, kiber hücumlara, dayanıqlı şəkildə qurmaları artıq mütləq lazımdır. Əlbəttə, kiber hücumların əsas məqsədi bir növ həmin informasiya resurslarını qorxutmaq, hansısa məlumatların qarşısını almaq, eyni zamanda dövlətin nüfuzuna xələl gətirməkdən ibarətdir. Amma heç bir halda kiber hücumlar edən qüvvələr öz istəklərinə nail ola bilmirlər. Çünki Azərbaycan cəmiyyəti artıq media savadlılığına yiyələnib. Azərbaycan cəmiyyəti bu cür hücumlara qarşı öz mövqeyini ortaya qoyub".
Reyhan Quliyeva
