00:00:00
Yazar
Admin User
26.07.2025 19:22 234 1 dəq oxuma
Mədəniyyət

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artıb

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artıb

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.


"İnformator.az" Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, ötən ay Böyük Britaniyadan 2 459 nəfər (+20 %), Almaniyadan 2 364 nəfər (+39 %), İtaliyadan 1 132 nəfər (+13 %), İspaniyadan 606 nəfər (-49 %), Fransadan 570 nəfər (+1 %), Niderlandan 529 nəfər (+25 %), İsveçdən 413 nəfər (+4 %), Avstriyadan 313 nəfər (+39 %), Yunanıstandan 300 nəfər (+2,5 dəfə ), Portuqaliyadan 292 nəfər (+2,3 dəfə ), Belçikadan 277 nəfər (+15 %), İsveçrədən 214 nəfər (+0,5 %), Norveçdən 171 nəfər (-10%), İrlandiyadan 143 nəfər (-27%), Danimarkadan isə 107 nəfər (-4 %) turist gəlib.


Ümumilikdə iyun Azərbaycan 237 509 turist qəbul edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 11 % azdır. Ən çox turist Rusiyadan (73 415 nəfər, - 11%), Türkiyədən (40 326 nəfər, +5 %) və İrandan (15 297 nəfər, - 11 %) gəlib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər