00:00:00
Yazar
Admin User
12.01.2026 13:36 79 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycanda 5 müəssisənin səhmləri təkrar pul hərracına çıxarılacaq

Azərbaycanda 5 müəssisənin səhmləri təkrar pul hərracına çıxarılacaq

Fevralın 17-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) beş səhmdar cəmiyyətinin səhmlərini təkrar pul hərracına çıxaracaq.


"İnformator.az" bu barədə quruma istinadən xəbər verir.


Məlumata görə, bunlar, "Gəncə Quşçuluq", "Ləki Sinklənmiş qablar", "Xəzər Avtonəqliyyat", "Xaçmaz Mexanizasiya Nəqliyyat" və "İsmayıllı Sənaye İstehsal" ASC-lərdir.

 

Pul hərracında həm hüquqi, həm də fiziki şəxslər iştirak edə bilər. Sifarişlər ƏMDX-nın Əmlak Xidmətləri Məkanında (ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) və yaxud İqtisadiyyat Nazirliyinin Elektron Xidmətlər Portalı (e-services.economy.gov.az) vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalmış qəbul olunacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər