00:00:00
Yazar
Admin User
01.12.2025 15:51 94 3 dəq oxuma
Sosial

Azərbaycanda 600 min şagirdə rəqəmsal bacarıqlar öyrədilir

Azərbaycanda 600 min şagirdə rəqəmsal bacarıqlar öyrədilir

Bunu Elm və Təhsil Nazirinin müavini Həsən Həsənli nazirliyin dəstəyi ilə keçirilən "Məktəblilərarası Milli Hakaton - 2025" müsabiqəsinin qalibləri mükafatlandırılması mərasimindəki çıxışında deyib.

Onun sözlərinə görə, milli ideya əsasında əzmlə çalışmaq və təslim olmamaq şərtilə bütün çətinliklərin öhdəsindən gəlmək mümkündür.

 

Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında təhsil eksperti Vüsət Əzizov bildirib ki, artıq 2017-ci ildən etibarən ölkədə “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq edilir:


“Layihənin məqsədi şagirdlərin İKT bacarıqlarına dərindən yiyələnməsi, onların informasiya məkanında məqsədyönlü fəaliyyətinə nail olunması, müasir səriştə və bacarıqlara malik şəxslər kimi formalaşmasına dəstək göstərməkdir. Bu layihə şagirdlərin gələcəyi üçün yararlı olan alqoritmik düşüncə və məntiqin inkişafına, yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan yaradır.
Təbii ki, rəqəmsal bacarıqlar üzrə dərslərin ənənəvi informatika fənnindən müxtəlif fərqləri var.
İlk olaraq məqsəd və yanaşma fərqini qeyd etmək olar. Çünki informatika fənni daha çox kompüter elmlərinə əsaslanır,burada alqoritmlər, proqramlaşdırma, hesablama düşüncəsi, məlumat strukturları və sair haqqında dərslər keçirilir. Lakin rəqəmsal bacarıqlar - gündəlik həyatda və əmək bazarında lazım olan praktiki rəqəmsal kompetensiyaları formalaşdırır. Belə ki,internet təhlükəsizliyi, ofis proqramları, rəqəmsal savadlılıq, onlayn əməkdaşlıq, media savadlılığı və sair öyrədir. Daha sonra fərqli cəhət kimi hədəf auditoriyası və tətbiq sahəsini də qeyd etmək olar. İnformatika-əsasən texniki düşüncə və proqramlaşdırma bacarıqları formalaşdırır və gələcəkdə İT sahəsinə yönəlmək üçün baza verir. Rəqəmsal bacarıqlar - bütün sahələr üçün vacib olan geniş istifadə bacarıqları inkişaf etdirir və tələbə, müəllim, işçi, bir sözlə hər kəs üçün aktualdır. Həmçinin praktiklik səviyyəni nəzərə almaq lazımdır. İnformatika - nəzəri və texniki biliklər daha çoxdur, proqram yaza bilmək, alqoritmik düşünmək, texniki anlayışlar və s. Rəqəmsal bacarıqlar - gündəlik real situasiyalarda tətbiq edilə bilən praktiki tapşırıqlara əsaslanır,rəqəmsal alətlərdən effektiv istifadə, məlumat təhlükəsizliyi, onlayn əməkdaşlıq, düzgün rəqəmsal davranış aiddir”.

 

Əlavə olaraq ekspert bildirib ki, rəqəmsal bacarıqların tədrisi şagirdlərin qlobal rəqabət qabiliyyətini artıran əsas amillərdən biridir:

 

“Bu bacarıqlar 21-ci əsrdə bütün sahələrdə tələb olunduğuna görə şagirdlərə həm təhsil, həm də gələcək iş həyatı üçün böyük üstünlüklər qazandırır. Dünyada bir çox peşələr rəqəmsallaşdığı üçün şagirdlərin rəqəmsal alətlərdən istifadə etməsi,onlayn əməkdaşlıq bacarığı, texnoloji mühitdə işləmə vərdişləri və onları beynəlxalq iş mühitinə uyğunlaşdırır. Şagirdlər poblemlərin həllinə innovativ yanaşır. Onlar analitik düşünmə, məlumatların təhlili, yaradıcı rəqəmsal həllər tapmaq kimi vərdişləri inkişaf etdirir. Bu da onları qlobal səviyyədə effektiv fikir və layihə istehsal edən fərdlərə çevirir. Həmçinin şagirdlər sərhədsiz öyrənmə və əməkdaşlıq imkanları da əldə edir. Rəqəmsal bacarıqlara sahib şagirdlər beynəlxalq onlayn kurslardan istifadə edir, qlobal layihələrə qoşula bilir, müxtəlif ölkələrdən həmyaşıdlarla birgə işləyə bilir. Bu isə onların dünyagörüşünü və rəqabət mühitini genişləndirir. Qloballaşan dünyada gələcəyin peşələrinə də hazırlıq baş verir. Data analitika, süni intellekt, rəqəmsal marketinq, proqramlaşdırma, dizayn və digər sahələr qlobal miqyasda ən sürətlə inkişaf edən istiqamətlərdir. Rəqəmsal bacarıqlara sahib şagirdlər gələcəyin bu peşələrinə daha tez adaptasiya olurlar. 3. Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində tədris ili ərzində müəllimlər üçün təlimlər keçirilir.
Davamlı olaraq təşkil edilən təlimlərin məqsədi müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsidir.
Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində 2020-2021-ci tədris ili ərzində müəllimlər üçün təlimlər keçirilir. Təlim mövzuları proqramlaşdırma dillərinin əsaslarını, alqoritm anlayışını, alqoritmin növlərini və digər sahələri əhatə edir. Eyni zamanda, “Python” proqramlaşdırma dili, obyektlə idarəetmə imkanları və digər mövzular da təlim proqramında öz əksini tapır. Təbii ki, müvafiq fənni tədris edən müəllimlər ümumi qaydada müəllimlərin sertifikasiya imtahanına cəlb edilir”.


Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər