00:00:00
Yazar
Admin User
15.12.2025 12:13 84 1 dəq oxuma
Sosial

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri açıqlanıb

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri açıqlanıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda informasiya və rabitə (İKT) müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 3 milyard 464,3 milyon manat təşkil edib.

 

"İnformator.az"  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 % çoxdur.

 

Bu sahədə əldə edilmiş gəlirin 83 %-i qeyri-dövlət sektorunun payına düşüb, 70,7 %-i isə əhali sektoruna aid olub. Təkcə noyabrda isə informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 344 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,5 % çoxdur. Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 2023-cü illə müqayisədə 11,4 % artaraq 3 milyard 601,7 milyon manat olub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər