00:00:00
Yazar
Admin User
17.09.2025 15:59 109 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycanda daha 16 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Azərbaycanda daha 16 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Noyabrın 13-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətində olan avtomobillərin satışı ilə bağlı hərrac keçirəcək.

 

"İnformator.az" bu barədə quruma istinadən xəbər verir.

 

Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca ümumi dəyəri 62 min 610 manat olan 16nəqliyyat vasitəsi çıxarılacaq.

 

Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər