00:00:00
Yazar
Admin User
15.11.2025 13:00 157 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycanda dəniz nəqliyyatı ilə yük daşımaları 8 %-ə yaxın artıb

Azərbaycanda dəniz nəqliyyatı ilə yük daşımaları 8 %-ə yaxın artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 7 milyon 724,7 min ton təşkil edib.

 

"İnformator.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 560,5 min ton və ya 7,8 % çoxdur.

 

Məlumata əsasən, yüklərin 48,1 %-i neft yükləri olub. Qeyd edək ki, 2025-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin daşıdığı yüklərin həcmi 198,3 milyon ton olub. Yüklərin 3,9 %-i dəniz yolu ilə daşınıb. Hesabat dövrü ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilin müvafiq dövrünə nisbətən 2 900 nəfər və ya 12 % azalaraq 21,3 min nəfər olub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər