00:00:00
Yazar
Admin User
20.09.2025 14:51 140 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycanda dəniz nəqliyyatı ilə yük daşımaları artıb

Azərbaycanda dəniz nəqliyyatı ilə yük daşımaları artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə 6 milyon 170 min ton yük daşınıb.

 

"İnformator.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 526,3 min ton və yaxud 9,3 % çoxdur.

 

Məlumata əsasən, yüklərin 48,2 %-i neft yükləri olub. Dəniz limanları vasitəsilə 8 milyon 857,2 min tonluq (-4,4 %) yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 7 milyon 82,6 min tonunu (-4,6 %) və yaxud 80,1 %-ni tranzit yüklər təşkil edib.

 

Sentyabrın 1-nə limanlarda qalan yüklərin həcmi 400,2 min ton olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,9 min ton və yaxud 2,2 % azdır.

 

2025-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin daşıdığı yüklərin həcmi 158 milyon ton olub. Yüklərin 3,9 %-i dəniz yolu ilə daşınıb.

 

Hesabat dövrü ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilin eyni dövrünə nisbətən 1 500 nəfər və yaxud 8 % azalaraq 17,2 min nəfər olub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər