00:00:00
Yazar
Admin User
17.12.2025 17:32 92 2 dəq oxuma
Sosial

Azərbaycanda elektron siqaretlər qadağan olunur

Azərbaycanda elektron siqaretlər qadağan olunur

 


Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı qadağan edilir. “Tütün və tütün məmulatı haqqında” qanuna təklif olunan yeni maddələrdə nikotin tərkibli elektron siqaretlər tütün məmulatı kimi təsnif ediləcək. Eyni zamanda, qanuna uyğun olaraq aksiz vergiləri ləğv ediləcək və nikotin tərkibi olmayan elektron siqaretlərin reklamı da qadağan olunacaq.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında professor Adil Qeybulla bildirib ki, elektron siqaret ideyası keçən əsrin 70-ci illərində siqareti tərgitmək vasitəsi kimi ortaya atılıb:

 

“Lakin bu ideya ilk növbədə təşəkkül tapmadı və bir müddətdən sonra kommersantlar bunu duydular və bunun geniş istehsalına başladılar. Elektron siqaretlərdə də əsas maddə məhz nikotindir. Siqaretdən asılılıq nikotinə bağlıdır. Amma o siqaretin tərkibində olan qətrana bənzər maddələr, benzapiren törəmələr hansılar ki, konserogendir, bunlar siqaretin əsas ziyanıdır, orqanizmə təhlükəsi də ondan ibarətdir. Elektron siqaretləri məhz bu təhlükəni aradan qaldırmaq üçün və yavaş-yavaş siqareti tərgitmək üçün düşündülər. Amma elektron siqaretlərin də  tərkibində olan aromatik maddələrin yanması nəticəsində əmələ gələn maddələr özləri də elə konserogen təsirləridir və beləliklə elektron siqaret adi siqaretdən, demək olar ki, öz neqativ təsirinə görə geriyə qalmır. O ki qaldı nikotin olmayan elektron siqaretlər, bunlar mən düşünürəm ki, artıq siqaret sayılmır və əsasən də siqaret çəkənlərin bu istifadə etdiyi elektron siqaretlər nikotin tərkiblidir. Bunların qadağan edilməsi məsələsinə gəldikdə isə, indi Özbəkistanda qadağan edildi və s. Məsələ  burdadır ki, qadağan olunmuş şeylər bəzən müxtəlif yollarla ölkəyə daxil olur, gizli yolla onun qiyməti bir neçə dəfə bahalaşır. Qadağadan daha çox, məncə, maarifləndirici tədbirlər daha məqsədəuyğun olardı. Və nə qədər ki, dünyada bu kommersiya marağı var, düşünmürəm ki, bunun, ümumiyyətlə, dünyada qadağan olunması mümkün olsun “.


Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər