00:00:00
Yazar
Admin User
14.11.2025 16:26 142 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycanda fərdi kredit hesabatlarının məzmunu genişləndiriləcək

Azərbaycanda fərdi kredit hesabatlarının məzmunu genişləndiriləcək

 

Azərbaycan Kredit Bürolarına təqdim olunan fərdi kredit hesabatlarının məzmunu bu ilin sonuna qədər genişləndiriləcək. Kredit hesabatlarına çərçivə sazişləri və birgə borcalanlarla bağlı yeni məlumat bölmələrinin əlavə olunması nəzərdə tutulur.Bundan başqa, hesabatların tərkibində zaminlik öhdəliklərinə dair məlumatların artırılması planlaşdırılır.


Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli "İnformator.az"a açıqlamasında bildirib ki, ölkədə problemli kreditlərin həcmi durmadan artır:

 

"Bu dəyişikliklərin əsas məqsədi kredit tarixçəsi haqqında anlayışı genişləndirməkdir. Ölkədə problemli kreditlərin həcmi durmadan artır. Xüsusilə də istehlak kreditlərinin payı yüksəlir və buna görə kredit tarixçəsi ilə bağlı məlumatlar daha geniş və ətraflı şəkildə təqdim olunacaq. Hər bir şəxsin kredit tarixçəsi formalaşacaq və banklara müraciət edilən zaman həmin tarixçəyə əsasən kreditin verilib-verilməməsi barədə qərar veriləcək. Bu, ümumilikdə beynəlxalq praktikada tətbiq olunan bir mexanizmdir. Lakin beynəlxalq təcrübədə bir mühüm detal da var. Yaxşı kredit ödəyiciləri, yəni ödənişlərini gecikdirmədən həyata keçirən şəxslər üçün banklar faiz dərəcələrini aşağı salır. Təəssüf ki, bizdə hələlik belə yanaşma mövcud deyil. Nəticədə həm pis ödəyici, həm də yaxşı ödəyici eyni faiz dərəcəsi ilə kredit alır".

 

Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər