Azərbaycanda həkim çatışmazlığı ola bilər
2020-ci ildən etibarən Azərbaycanda həkimlərin sayında kəskin şəkildə azalmalar müşahidə olunmağa başlayıb. Səbəb isə tibb işçilərinin əksəriyyətinin ölkəni tərk etməsidir. Mütəxəssislərin fikrincə prosesin bu tərzdə davam etməsi isə gələcəkdə Azərbaycanda ciddi həkim qıtlığına səbəb olacaq. Bəs ölkədən böhrana səbəb olacaq qədər beyin köçünün baş tutmasında əsas səbəblər nələrdir və bunun qarşısını almaq üçün hansı addımlar atılır?
Son iki ildə gənc həkimlərin demək olar ki, 70 faizi xaricə üz tutublar. Bu ölkələr əsasən Türkiyə, Fransa və İngiltərədir. Mütəxəssislərin fikrincə, prosesin belə davam etməsi 15 il ərzində bu sahədə kadr çatışmazlığına səbəb ola bilər. Statistik məlumatlara görə, son bir ildə tibb sahəsi üzrə fəaliyyət göstərmək üçün Almaniyaya gedən həkimlərin sayında da kəskin şəkildə artım müşahidə olunub.
Həkim Tural Hacıyev deyir ki, Azərbaycanda və digər ölkələrdə universiteti bitirdikdən sonra həkim kimi işləmək üçün rezentura imtahanı keçmək lazımdır: “Amma Almaniyada bu rezentura imtahanına qədər iki il iş icazəsi verilir. Bu iki il ərzində siz həkim kimi işləyirsiniz iş təcrübəsi toplayırsınız. Dil biliyinizi inkişaf etdirirsiniz. Burda yaşama qaydalarına və iş sisteminə öyrəşirsiniz, yaxşı bir maaş alırsınız”.
2020-ci ilin əvvəlində ölkəmizdə 32,6 min nəfər həkim fəaliyyət göstərirdisə, ötən il bu rəqəm 32 min nəfər olub. Yəni demək olar ki, son 3 ildə heç bir artım müşahidə olunmayıb. Statistik göstəricilərə görə, ölkədə həkimlərin ən yüksək faizini terapevtlər təşkil edir. Ən az göstəricilərə sahib isə cərrahlardır. Onların xarici ölkələrə üz tutması ölkədə cərrah faizinin çox aşağı səviyyəyə düşməsinə səbəb olur.
Bəs həkimlər nəyə görə ölkədə fəaliyyət göstərməkdən boyun qaçırırlar?
Həkim-radioloq Aydın Əliyev bunu inkişaf etmiş avropa ölkələrində və Birləşmiş Ştatlarda həkimlərin maddi rifahının yaxşı olması ilə əlaqələndirir: “Gənc həkim- tələbələr bu barədə məlumatlıdırlar. Bilirlər ki, həmin inkişaf etmiş ölkələrdə həkimlərin məvacibi və maddi rifah halı yaxşıdır, ona görə daha yaxşısına meyl edirlər”.
Hazırda bölgələrdə də həkim çatışmazlığı müşahidə olunur. Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədlinin sözlərinə görə, prosesin belə davam etməsi Azəbaycanda səhiyyə böhranına səbəb ola bilər.
TITLE: Millət vəkili Müşfiq Məmmədli hesab edir ki, regionlarda kifayət qədər həkim çatışmazlığı var: “Həmin sahədə çalışan həkimlər isə kifayət qədər yüksək maaş almaları ehtimalları vardır. Lakin idarə etmə ilə əlaqədar olaraq bəzən həkimlərin üzərinə həddən artıq iş yükünün düşməsi, məsələn, bonusların bəzi tibb müəssisələrində regionlardan aslı olaraq gecikdirilməsi zaman 3 4 5 aylıq ləngimələr olur”.
Ölkədə həkim çatışmazlığının aradan qaldırılması ilə bağlı artıq bir sıra addımlar atılır və genişmiqyaslı layihələr həyata keçirilir.
Təbibin İnsan resursları üzrə rəhbəri Günəş Qədimova deyir ki, hazırda bu proqram çərçivəsində 80-dən çox həkim mütəxəssislərimiz istər regionlarda, istərsə də işlə təmin olunmuş və yüksək əməkhaqqı alırlar. Həkimlərin minimum əməkhaqqı 1000 və üzəri təşkil edir.
Eyni zamanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən hazırda “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram” həyata keçirilir. Bununla Avropa, ABŞ və Türkiyədə təhsil almış həkim-mütəxəssislərin tibb müəssisələrində işə götürülməsi nəzərdə tutulur. Belə həkimlərin müalicə işi ilə yanaşı, Azərbaycanda yerli kadrlara xarici təcrübənin, müasir müayinə-müalicə metodlarının öyrədilməsinə dəstəyi planlaşdırılır. Bununla həm xaricə gedən həkimlərin yenidən ölkəmizə qayıtması, həm də həkim çatışmazlığını aradan qaldırmaq mümkün olacaq.
Fidan
