00:00:00
Yazar
Zəhra Həsənova
24.04.2026 22:16 24 1 dəq oxuma
Sosial

Məktəblərdə təhlükəsizlik tədbirləri gücləndirilir

Məktəblərdə təhlükəsizlik tədbirləri gücləndirilir

Şagirdlər xüsusi yoxlamadan keçdikdən sonra dərsə buraxılacaqlar. Bu addım məktəblərdə təhlükəsizliyin təmin olunması və mümkün risklərin qarşısının alınması məqsədi daşıyır.

 

Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında təhlükəsizlik eksperti Rəşad Rza bildirib ki, bu, çox önəmli bir məsələdir:

 

“Məktəblərdə şagirdlərin yoxlanılması və təhlükəsizlik qüvvələrinin artırılması vacibdir. Gələcəkdə maddi-texniki baza gücləndirildikdən sonra yoxlama detektorlarının tətbiqi məqsədəuyğun olar. Məktəbə daxil olan şagirdlər xüsusi cihazlarla yoxlanılaraq içəri buraxılmalıdır. Bundan əlavə, müşahidə kameralarının sayı artırılmalı və texniki imkanlar gücləndirilməlidir. Ən vacib məsələlərdən biri isə maarifləndirmədir. Maarifləndirmə işləri genişləndirilməli və daha da gücləndirilməlidir”.

Selcan Xudiyeva

#yeni #azərbaycan #baki #gücləndirilir
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər