00:00:00
Yazar
Admin User
25.12.2025 12:41 85 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycanda həyat sığortası üzrə ödənişlər 32 %-dən çox artıb

Azərbaycanda həyat sığortası üzrə ödənişlər 32 %-dən çox artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 773,896 milyon manat sığorta haqqı toplanılıb.

 

"İnformator.az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16,1 % çoxdur.

 

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 32,2 % artaraq 595,689 milyon manata çatıb. Beləliklə, 11 ayda həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 77 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 67,6 manat təşkil edib. Xatırladaq ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 365,354 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 11,7 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 844,833 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 21,7 % çoxdur. 11 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 61,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 56,8 manat olub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər