00:00:00
Yazar
Admin User
27.11.2025 12:43 101 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycanda icbari sığorta bazarı 7 %-ə yaxın böyüyüb

Azərbaycanda icbari sığorta bazarı 7 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 301,330 milyon manat sığorta haqqı toplanılıb.

 

"İnformator.az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,5 % çoxdur.

 

Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 120,841 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 7,8 % çoxdur. Beləliklə, 9 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 40,1 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 39,6 manat olub. Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 255,973 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,9 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 772,602 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 24,2 % çoxdur. 10 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 61,5 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 56 manat olub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər