00:00:00
Yazar
Admin User
16.10.2025 17:31 122 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycanda informasiya və rabitə sektorunda orta maaş 12 % artıb

Azərbaycanda informasiya və rabitə sektorunda orta maaş 12 % artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda informasiya və rabitə sektorunda orta aylıq nominal əməkhaqqı 1 890 manat təşkil edib.Ötən ilin eyni dövrü ilə müqayisədə sektorda orta aylıq nominal əməkhaqqı 12 %, o cümlədən dövlət sektorunda 8,5 %, özəl sektorda isə 13,5 % artıb.

 

Bu mövzu ilə bağlı iqtisadçı Pərviz Heydərov “İnformator.az”a bildirib ki,orta aylıq nominal əməkhaqqı göstəricisi nisbi göstəricidir:

 

“Yəni bu göstərici ən yüksək və ən aşağı əməkhaqqı alanlar arasında orta həddi müəyyən edir.Ümumilikdə, bu il ölkədə 1999-cu ildən bəri sayca beşinci sosial islahat paketi həyata keçirilib və təxminən 3 milyon nəfəri əhatə edib. Bu islahatlar çərçivəsində müxtəlif sahələr üzrə müəyyən dəyişikliklər aparılıb.Hazırda Prezidentin sərəncamları əsasında bəzi sahələrdə əməkhaqlarının artırılması prosesi başlayıb. Dövlət sektorunun ayrı-ayrı istiqamətlərində həyata keçirilən bu artımların digər sahələrə təsiri nisbidir və əsasən tənzimləyici xarakter daşıyır.Yəni hər hansı bir sahədə əməkhaqqı artımı yalnız Prezidentin sərəncamı ilə müəyyən olunur. Təhsil, səhiyyə və digər sahələrdə də bu artımlar mərhələli şəkildə Prezidentin qərarlarına əsasən həyata keçirilir”.

 

Cavahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər