00:00:00
Yazar
Admin User
11.09.2025 10:47 140 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycanda investisiya şirkəti səhmdarlarına dividend ödəyəcək

Azərbaycanda investisiya şirkəti səhmdarlarına dividend ödəyəcək

 

Oktyabrın 13-də, saat 11:00-da "CPM-İnvest İnvestisiya Şirkəti" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

 

"İnformator.az" xəbər verir ki, yığıncaq şirkətin Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 102A ünvanında yerləşən baş ofisində olacaq.

 

Yığıncağın gündəliyinə şirkətin bölüşdürülməmiş mənfəətinin bir hissəsi hesabına dividendin ödənilməsi və təşkilati, o cümlədən idarəetmə orqanlarına dair məsələlərinin müzakirəsi daxildir. "CPM-İnvest İnvestisiya Şirkəti" 2024-cü ili 168 min manat xalis mənfəətlə başa vurub. Bu, 2023-cü illə müqayisədə 9,8 dəfə azdır. Xatırladaq ki, "CPM-İnvest" 2021-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 800 min manatdır. İnvestisiya şirkətinin səhmdarı Kəmalə Məmmədovadır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər