00:00:00
Yazar
Admin User
29.01.2026 19:17 91 2 dəq oxuma
İqtisadiyyat

Azərbaycanda istehlak kreditləri üzrə orta faiz dərəcələri açıqlanıb

Azərbaycanda istehlak kreditləri üzrə orta faiz dərəcələri açıqlanıb

Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı il yanvar ayının 1-nə ölkədə istehlak kreditləri üzrə orta faiz dərəcələrini açıqlayıb. İstehlak kreditlərinin milli valyutada orta faiz dərəcələri kredit növlərinə görə fərqlənib. Belə ki, kredit kartları vasitəsilə verilən istehlak kreditləri üzrə orta faiz dərəcəsi 26 faiz təşkil edib. Məişət avadanlıqlarının alınması üçün verilən kreditlər üzrə faiz dərəcəsi də 26 faiz olub.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, kredit həcmində 9–10% artım var:

 

“Ümumi kreditin həcmi artıb. Kredit faizi artan zaman kredit götürmək yüksəlirsə, bu o deməkdir ki, gənc insanların tələbatı var. Hətta istehlak krediti daha yüksək səviyyədə artır, nəinki biznes və ipoteka krediti. Mərkəzi Bank statistikası göstərir ki, keçən illə müqayisədə banklar kredit faizlərini artırıb. Deməli, tələbat var. Kommersiya bankları heç bir addım atmaq istəmir. Çünki onlar baha pul götürür və baha da satır. Yəni pul baha olduğu üçün vətəndaşlardan da pulu baha cəlb edirlər, depozit faizləri artır. Mərkəzi Bankın hələlik belə bir planı, istəyi yoxdur. Mərkəzi Bankın atdığı addımlardan sonra, krediti sərtləşdirdikdən sonra kredit faizlərində artım baş verib. Yəni Mərkəzi Bank 2023-cü il dekabr ayının 20-də məcburi ehtiyat normalarını kəskin artırdıqdan sonra kredit faizlərində bahalaşma müşahidə olundu. Yəni bu, Mərkəzi Bankın atdığı addımların nəticəsidir. Mərkəzi Bank kredit faizlərinin aşağı salınmasını hələlik planlaşdırmır”.

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər