00:00:00
Yazar
Admin User
27.11.2025 12:45 109 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycanda könüllü sığorta bazarı 15 % böyüyüb

Azərbaycanda könüllü sığorta bazarı 15 % böyüyüb

 

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 954,643 milyon manat sığorta haqqı toplanılıb.

 

"İnformator.az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,1 % çoxdur.

 

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 651,761 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 27,7 % çoxdur. Beləliklə, 10 ayda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 68,3 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 61,5 manat olub. Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 255,973 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,9 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 772,602 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 24,2 % çoxdur. 10 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 61,5 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 56 manat olub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər