00:00:00
Yazar
Admin User
15.11.2025 11:48 133 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycanda külək enerjisinin istehsalı 61 %-dən çox artıb

Azərbaycanda külək enerjisinin istehsalı 61 %-dən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda küləklə işləyən elektrik stansiyalarında 73,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

 

"İnformator.az" ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2024-cü ilin 10 ayının göstəriciləri ilə müqayisədə 61,2 % çoxdur.

 

Bu ilin yanvar-oktyabr aylarında ölkədə günəş elektrik stansiyalarında 532,3 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin 10 ayının göstəriciləri ilə müqayisədə 9,5 % çoxdur. Hesabat dövründə Azərbaycanda 22 milyard 553,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 % çoxdur. Bunun 21 milyard 800,7 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə eynidir. Bunun 2 milyard 521,2 milyon kVt/saatı su elektrik stansiyalarının (il ərzində eyni qalıb), 18 milyard 673,7 milyon kVt/saatı isə istilik elektrik stansiyalarının (+0,3 %), 159 milyon kVt/saat tullantıların yandırılmasından alınan elektrik enerjisi (-0,5 %) istehsalının payına düşür.

 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər