00:00:00
Yazar
Admin User
03.01.2026 12:50 86 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycanda kolbasa istehsalı 4 %-dən çox artıb

Azərbaycanda kolbasa istehsalı 4 %-dən çox artıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 29 min 082,2 ton kolbasa məmulatları istehsal edilib.

 

"İnformator.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,1 % çoxdur.

 

Dekabrın 1-nə ölkədə 18,6 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da 1 il əvvələ nisbətən 3 dəfə azdır. Hesabat dövründə Azərbaycanda 4 milyard 592,8 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 9,8 % çoxdur.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər