00:00:00
Yazar
Admin User
18.12.2025 17:51 84 2 dəq oxuma
Sosial

Azərbaycanda milyonluq dələduzluq işi üzrə məhkəmə prosesi başlayıb

Azərbaycanda milyonluq dələduzluq işi üzrə məhkəmə prosesi başlayıb

Azərbaycanda iş adamı Quvat Beybutovun 4 milyon manatdan çox pulunun dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi Bakıda başlayıb. 

 

Dövlət ittihamçısı bildirib ki, zərərçəkmişə artıq 1 milyon 442 min manat ödənilib, qalan məbləğin ödənilməsi isə hələ inandırıcı görünmür. Növbəti məhkəmə baxışı dekabrın 25-də davam etdiriləcək.

 

Mövzu ilə bağlı hüquqşünas Mehman Muradlı “İnformator.az”a açıqlamasında bildirib ki, bu hal təyin ediləcək cəza növünə müsbət təsir göstərə bilər:

 

“Həbs qətimkan tədbirinin dəyişdirilməsi istintaq müddətində bu şəxslərin məhkəmə hökmü çıxandan sonra da azadlıqda qalacaqları anlamına gəlmir. Burada əsas məsələ ödənilən məbləğlərlə bağlıdır. Ümumi ziyanın 4 milyon manatdan çox olduğu bildirilir və bu məbləğin təxminən 927 min manatı ödənilib. Bu isə ümumi məbləğin 20 faizindən çoxuna bərabərdir.

 

Təqsirləndirilən şəxslərin sayı 5 nəfərdir və ödənilən məbləği təqribən böləndə hər birinə müəyyən qədər ödəniş düşür. Məhkəmənin qətimkan tədbirini dəyişməsi göstərir ki, müəyyən ödənişlər artıq həyata keçirilib və bu da məhkəmənin məsələyə daha humanist yanaşmasına səbəb olub. Bu baxımdan azadlıqda olan təqsirləndirilən şəxslər, habelə hazırda həbsdə olanlar üçün də bir nümunə yaradılıb. Onlar da ziyanın ödənilməsində aktiv iştirak etsələr, bu, hökm çıxarıldıqdan sonra onlara təyin ediləcək cəza növünə müsbət təsir göstərə bilər.

 

Burada hər hansı bir qanunsuzluqdan söhbət getmir. Hakim cinayət-prosessual qanunvericiliyin imkan verdiyi çərçivədə qərar qəbul edib. Belə hallarda ödənişlərin vaxtında həyata keçirilməsi və istintaqla əməkdaşlıq edilməsi nəzərə alınaraq məhkəmə tərəfindən qiymətləndirilir”.

 

Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər